Ərdoğan: “Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı rədd edirik”
“Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı rədd edirik”
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beynəlxalq hüquqa zidd olaraq gördüyümüz bu addım regionun sülh, əmin-amanlıq və sabitliyinə ağır zərbədir. Öz vətəndaşlarımızın və tatar qardaşlarımız başda olmaqla Ukraynada yaşayan hər kəsin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Mən cənab Zelenskiylə danışığımda da çatdırdım ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün apardığı mübarizəni dəstəkləyir. Xatırladırıq ki, Minsk razılaşması çərçivəsində danışıqlar davam etdirilməlidir”.
1089