Ukrayna şəhərlərində partlayışlar eşidilir | 1news.az | Xəbərlər
Dünya

Ukrayna şəhərlərində partlayışlar eşidilir

09:03 - 24 / 02 / 2022
Ukrayna şəhərlərində partlayışlar eşidilir

Bu gün səhər saat 05.00-dan etibarən (Bakı vaxtı ilə 06.00) Ukraynanın bir sıra şəhərlərində partlayış səsləri eşidilir.

1news.az-ın xəbərinə görə, partlayışlar paytaxt Kiyevlə yanaşı Odessa, Xarkov və Berdyanskda da eşidilir.

Kiyevin Borispol aeroportu yaxınlığında və bir neçə yaşayş məhəlləsində partlayış səsləri gəlir.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər