Ukrayna Prezidenti səfərbərlik haqqında fərman imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Prezidenti səfərbərlik haqqında fərman imzalayıb

09:07 - 25 / 02 / 2022
Ukrayna Prezidenti səfərbərlik haqqında fərman imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

1news.az-ın verdiyi məlumata görə, fərman Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə verilib.

Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.

Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.

1news.az

Paylaş:
1017

Son xəbərlər

Bütün xəbərlər