Nazir: “Xocalı cinayətini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib” | 1news.az | Xəbərlər
Siyasət

Nazir: “Xocalı cinayətini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib”

11:37 - 25 / 02 / 2022
Nazir: “Xocalı cinayətini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib”

“30 il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı ən ağır cinayətlərdən biri – Xocalı soyqırımı baş verib. Bir gecədə 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib. Bunun yeganə səbəbi onların azərbaycanlı olması idi”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsi idi. Cinayətin araşdırılması zamanı bunun soyqırımı olduğu tam sübuta yetirilib: “Avropa Məhkəməsi bu əməli insanlığa qarşı cinayətə bərabər tutaraq, çox ağır nəticələrə səbəb olmuş bir hadisə kimi səciyyələndirib. Təəssüf ki, bu günə qədər Xocalı cinayətini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib”.

XİN başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində də Ermənistan tərəfindən cəbhə xəttindən kənarda olan Azərbaycanın şəhərləri atəşə tutuldu: “Nəticədə 500-dən çox mülki insan həlak oldu, yaralandı. Bunun da səbəbi Xocalı soyqırımını törədənlərin cəzasız qalması idi”.

1news.az

Paylaş:
793

Son xəbərlər

AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23
Bütün xəbərlər