İlham Əliyev Rumıniyanın energetika nazirini videoformatda qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Rumıniyanın energetika nazirini videoformatda qəbul edib – FOTO – YENİLƏNİB

S.Xankişiyeva12:05 - 02 / 03 / 2022
İlham Əliyev Rumıniyanın energetika nazirini videoformatda qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı videoformatda qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd etdi.

Dövlətimizin başçısı məktuba görə minnətdarlığını Rumıniya Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulandı və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə Bəyannamənin önəmi qeyd edildi.

Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və ölkəmizlə Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

10:38

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu videoformatda qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
1904

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər