Fransa Prezidenti İlham Əliyevə zəng etdi | 1news.az | Xəbərlər
Rəsmi

Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Qafar Ağayev11:44 - 02 / 03 / 2022
Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
1356

Son xəbərlər

Bütün xəbərlər