Tacikistan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Tacikistan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Qafar Ağayev11:04 - 03 / 03 / 2022
Tacikistan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rustam Emomali Azərbaycana rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustam Emomalinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Rəsmi səfər martın 4-də başa çatacaq.

Paylaş:
949

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər