Rusiya qoşunları Nikolayevə girdi - amansız döyüş gedir
Rusiya qoşunları Ukraynanın Nikolayev şəhərinə daxil olub. Küçələrdə amansız döyüşlər gedir.
1news.az xəbər verir ki, bu barədə Nikolayev vilayətinin rəhbəri Vitali Kim təcili videomüraciətində deyib. O, şəhər əhalisini panikaya düşməməyə və qarşılarına keçən hərbi texnikanın hamısına atəş açmamağa çağırıb, çünki şəhərdə Ukrayna hərbi qüvvələri də var. O, qadın və uşaqları küçələri tərk etməyə, kişiləri ərazi özünümüdafiə dəstələrinə qoşulmağa səsləyib. Vitali Kim bildirib ki, 123-cü briqada şəhərin Oktyabrsk rayonunda düşmənlə döyüşə girib. O, rusların Baştanka qəsəbəsi yaxınlığında məktəb direktorunu güllələdiklərini də bildirib.
Xatırladaq ki, ötən gün Rusiya qoşunları Nikolayev ətrafında ağır itki vermişdi, yüzlərlə texnika və əsgər itirmişdi.
1news.az