Nazir: Ukraynadakı vəziyyət narahatlıq doğurur
“Mövlud Çavuşoğlu ilə müzakirələrimiz zamanı Ukrayna və Ukrayna ətrafında olan mövzular müzakirələr olub".
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında keçirilən birgə brifinqdə deyib.
C.Bayramov bildirib ki, Ukraynadakı durum çox ciddi narahatlıq yaradır.
"Artıq itkilərin sayı günü-gündən artır. Azərbaycan və Türkiyə çox əhəmiyyətli mövqe sərgiləyir. Azərbaycan dövləti məsələlərin beynəlxalq hüquqa uyğun olaraq həll edilməsinin tərəfdarıdır" .
855