Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb | 1news.az | Xəbərlər
Siyasət

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb

S.Xankişiyeva16:46 - 05 / 03 / 2022
Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

"Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək", - nazirlikdən bildirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Ordusunun Goranboydakı mövqeləri atəşə tutulub

Paylaş:
1258

Son xəbərlər

Qəbələdə evə silahlı hücum olub, 2 nəfər qətlə yetirilibBu gün, 12:16Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıbBu gün, 11:51Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötübBu gün, 11:28Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürübBu gün, 10:52AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:41Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:23Bəzi yerlərdə arabir şimşək çaxır, leysan yağış yağır - FAKTİKİ HAVABu gün, 10:07Yol polisi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edibBu gün, 09:41Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olubBu gün, 09:31Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edibBu gün, 09:21Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası GünüdürBu gün, 09:20Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 09:12Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09
Bütün xəbərlər