Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir
Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Mövzu ilə əlaqədar oxuyun: