Özbəkistandan Azərbaycana müntəzəm aviareyslər bərpa edilir
Özbəkistanın "Uzbekistan Airways" aviaşirkəti Azərbaycana müntəzəm reysləri bərpa edir.
1news.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Mənbənin sözlərinə görə, reyslər həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.
"Birinci reys martın 15-ə planlaşdırılıb. "Uzbekistan Airways" təyyarəsi Daşkənddən yerli vaxtla 14:40-da çıxacaq, Bakıya saat 16:35-də çatacaq. Əks istiqamətdə təyyarə Bakıda saat 17:35-də havaya qalxaraq, saat 21:10-da Daşkəndə çatacaq", - hava limanından bildiriblər.
"Uzbekistan Airways", həmçinin aprel ayında Daşkənd-Bakı marşrutu ilə reyslərin sayını həftədə iki dəfəyə çatdıracaq. Uçuşlar çərşənbə axşamı ilə yanaşı cümə axşamları da həyata keçiriləcək.
1news.az