Türkiyədə Rusiya və Ukrayna XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Ukrayna Xarici İşlər naziri Dimitro Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuçoğlu arasında keçirilən görüş 1,5 saat davam edib.
Yaxın zamanlarda tərəflərin iştirakı ilə mətbuat konfransı olacaq.
***
saat 14:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilir.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edir.
Bu, Rusiya və Ukrayna XİN rəhbərlərinin müharibədən sonra ilk təmasıdır.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba görüşdən dərhal sonra onlar üçün ayrılan salonda mətbuat konfransı keçirəcək.
1news.az