Yelo Bank-ın kapital mövqeyi güclənir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yelo Bank-ın kapital mövqeyi güclənir

S.Xankişiyeva12:35 - 11 / 03 / 2022
Yelo Bank-ın kapital mövqeyi güclənir

Ölkəmizin sürətlə böyüyən banklarından biri olan Yelo Bank uğurlu fəaliyyəti sayəsində əlavə maliyyə vəsaiti cəlb edib.

Belə ki, əsas səhmdar tərəfindən 25 mln AZN həcmində subordinasiyalı kreditin 6 il müddətinə ayrılması barədə müqavilə imzalanıb. Bu razılaşma Bankın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimaddan xəbər verir. Beləliklə, Yelo Bank uzunmüddətli maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.

İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək: “Subordinasiyalı kreditin cəlb edilməsi Bankın inkişafı üçün çox əhəmiyyətli addımdır. Bunun sayəsində bankımızın kapital mövqeyi güclənəcək, böyük həcmdə likvid vəsaitlər əldə ediləcək və kreditləşmə fəaliyyəti güclənəcək. Bu, həmçinin yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar da yaradır.”

Qeyd edək ki, xüsusi subordinasiya borc öhdəliyi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq II dərəcəli kapitala aid edilir. Cari ilin fevral ayının sonuna Bankın məcmu kapitalı 63 mln AZN-i ötüb. Cəlb edilmiş subordinasiya vəsaiti hesabına məcmu kapitalın 89 mln AZN-i keçməsi planlaşdırılır. Bu da, tənzimləyicinin tələbindən 78% çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.

Bununla bərabər, 2022-ci ilin başlanğıcından Yelo Bank-ın maliyyə nəticələrində də artım müşahidə olunur. Bank cari ilin ilk iki ayı ərzində 30 mln AZN-dən çox depozit cəlb edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Bu ilin yanvar və fevral aylarında əldə olunan faiz gəlirləri də 2021-ci ilin eyni ayları üzrə müqayisədə 21% artaraq 11 mln AZN-i keçib. Bank-ın aktivləri ilin əvvəlindən 18 mln, ötən ilin başlanğıcından isə 166 mln AZN artaraq 551 mln AZN-i ötüb. İlk iki ay ərzində Yelo Bank cəmi 77 mln AZN həcmində kredit ayırıb ki, bunun da 70%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsinə ayrılıb. Bütün bunlar Bankın strateji inkişaf planının uğurlu icrasının göstəriciləridir.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Reklam hüququnda

Paylaş:
476

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər