Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək

Qafar Ağayev09:21 - 14 / 03 / 2022
Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

1news.az xəbər verir ki, "Qəbələ" evdə "Zirə" klubu ilə üz-üzə gələcək. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdiriləcək. Bu müddətədək oyunda hesab açılmayıb.

Hazırda 34 xalı olan paytaxt təmsilçisi üçüncü, 32 xalı olan "qırmızı-qaralar" isə dördüncü sırada qərarlaşıb. Bu səbəbdən, 34 xalla ikinci yerdə gedən "Neftçi" bugünkü görüşün nəticəsindən asılı olmayaraq, 3-cü pilləyə geriləyəcək.

Azərbaycan Premyer Liqası

XIX tur

14 mart

12:30. "Qəbələ" – "Zirə" (İKİNCİ HİSSƏ)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Paylaş:
516

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər