Xəzərdə külək enerjisi potensialını öyrənmək üçün yol xəritəsi hazırlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xəzərdə külək enerjisi potensialını öyrənmək üçün yol xəritəsi hazırlanır

17:50 - 16 / 03 / 2022
Xəzərdə külək enerjisi potensialını öyrənmək üçün yol xəritəsi hazırlanır

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dənizdə külək enerjisi potensialının tədqiq olunması üçün yol xəritəsi hazırlanır.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıqla bağlı bir sıra özəl şirkətlərlə sazişlərin imzalanması istiqamətində işlər görülür.

Agentlik direktoru əlavə edib ki, ötən gün Bakıda BƏƏ-nin "Masdar" şirkəti ilə imzalanmış memorandum çərçivəsində elektrik enerjisi istehsalı və ixracı, eləcə də dənizdə külək enerjisinin gələcək inkişafı istiqamətində tədiqat işlərinin aparılması planlaşdırılır.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər