ABŞ dövlət katibi Entoni Blinken lham Əliyevə təşəkkürünü bildirdi | 1news.az | Xəbərlər
Rəsmi

ABŞ dövlət katibi Entoni Blinken lham Əliyevə təşəkkürünü bildirdi

Qafar Ağayev09:01 - 16 / 03 / 2022
ABŞ dövlət katibi Entoni Blinken lham Əliyevə təşəkkürünü bildirdi

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1news.az-ın dövlət başçısının saytına istinadən məlumatına görə, söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Paylaş:
579

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər