Jalə Əliyeva: Qaradağ Günəş Elektrik Stansiyası enerji təhlükəsizliyimizin növbəti qarantıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Jalə Əliyeva: Qaradağ Günəş Elektrik Stansiyası enerji təhlükəsizliyimizin növbəti qarantıdır

12:36 - 17 / 03 / 2022
Jalə Əliyeva: Qaradağ Günəş Elektrik Stansiyası enerji təhlükəsizliyimizin növbəti qarantıdır

15 mart tarixində Azərbaycan iqtisadi, həm də enerji təhlükəsizliyimizin təmin edilməsi istiqamətində daha bir uğura imza atdı. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi.

Ölkə Prezidentinin də iştirak etdiyi mərasimdə yenə də önəmli mesajlar verildi, gələcəyimizə, inkişafımıza yönəlik mühüm çağırışlar edildi.

Çıxışında “Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir. 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir”-deyən dövlət başçımız bildirdi ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır.

Çünki vurğulandığı kimi, bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.

Bəli, Azərbaycanda çox gözəl investisiya iqlimi var, eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.

Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu isə bizə imkan verib və verir ki, enerji sahəsində istədiyimizə nail olaq.

Bu gün Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminik ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq.

Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması bizim ixrac imkanlarımızı da artırır.

Ümumiyyətlə, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bu baxımdan, əminik ki, yaxın gələcəkdə yeni layihələrin başlanmasına start veriləcək.

Eyni zamanda, böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Aparılan dəqiq hesablamalarla məlum olub ki, günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.

Artıq ilkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və ümid edirik ki, bu danışıqlar da uğurla nəticələnəcək.

Dövlət başçısının da qeyd etdiyi kimi, xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir.

Müasir infrastruktur var-həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir.

Həmçinin, güclü siyasi iradə, dəmir iradə var.

Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri mövcuddur.

Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir.

“Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik”-deyən dövlət başçımızın sözlərinə görə, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır.

Hesab edirik ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik.

Bəli, yolumuz, hədəfimiz inkişafa, tərəqqiyə, intibaha doğrudur.

Bu yoldan da bizi heç kim, heç bir güc döndərə, yayındıra bilməyib və bilməyəcək.

Qələbələr, Zəfərlər, uğurlar, nailiyyətlər bizimdir, bizimlədir və bizimlə olacaq!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Paylaş:
625

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər