Ukraynada videoregistratorlardan istifadə qadağan edildi | 1news.az | Xəbərlər
Dünya

Ukraynada videoregistratorlardan istifadə qadağan edildi

15:18 - 21 / 03 / 2022
Ukraynada videoregistratorlardan istifadə qadağan edildi

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatı ilə əlaqədar olaraq avtomobil və motosiklet sürücülərinə videoregistratorlardan istifadə etmək qadağan edilib.

1news.az APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Telegram"da məlumat verib.

"Qadağa ümumi istifadədə olan avtomobil yollarının, ümumi obyektlərin, infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin, istehkamların, müdafiə qüvvələrinin hərbi hissələrinin (bölmələrinin) yerləşməsi, cəmləşməsi və ya yerdəyişməsi ilə bağlı foto və video çəkilişlərə aiddir", - deyə o bildirib.

Geraşenkonun sözlərinə görə, qadağa ölkənin bütün regionlarında keçərlidir.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər