Keçmiş nazir ABŞ-da Uber sürücüsü oldu - FOTO | 1news.az | Xəbərlər
Dünya

Keçmiş nazir ABŞ-da Uber sürücüsü oldu - FOTO

15:39 - 22 / 03 / 2022
Keçmiş nazir ABŞ-da Uber sürücüsü oldu - FOTO

2021-ci ildə Taliban tərəfindən əsir götürülən Əfqanıstanın sonuncu iqtisadiyyat naziri Xalid Payenda Vaşinqtonda Uber sürücüsü olduğu müəyyən edilib.

1news.az manset.az-a istinadla xəbər verir ki, "Washington Post" qəzeti keçmiş iqtisadiyyat nazirinin sükan arxasında fotolarını paylaşıb.

Keçən il Taliban tərəfindən ələ keçirilən və Əfqanıstandan qaçan və nazir Xalid Payenda 7 ay əvvələ qədər ölkənin 6 milyard dollarlıq büdcəsini idarə edib.

İndi isə gündə 95 dollar qazandığı bildirilib.

Həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-da yaşamağa başlayan 40 yaşlı Payenda "The Washington Post"a verdiyi açıqlamada Əfqanıstan xalqını günahlandırıb: "Baş verənlərə görə əfqanlar məsuliyyət daşıyır. Biz birlikdə islahat aparmaq və ciddi olmaq iradəsini nümayiş etdirə bilmədik".

Keçmiş nazir ABŞ-nin ölkəni Talibana təslim etdiyini deyib.

O özünü də günahlandırdığını bildirib.

1news.az

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər