Kolumbiyada törəldimiş terakt nəticəsində azı 18 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Kolumbiyada törəldimiş terakt nəticəsində azı 18 nəfər xəsarət alıb

09:41 - 28 / 03 / 2022
Kolumbiyada törəldimiş terakt nəticəsində azı 18 nəfər xəsarət alıb

Kolumbiyanın Boqota şəhərində polis məntəqəsi yaxınlığında partlayış baş verib.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində altısı azyaşlı olmaqla 18 nəfər xəsarət alıb. Bir azyaşlının vəziyyəti ağır kimi qiymətləndirilir. Zərərçəkmişlər xəstəxanalara yerləşdiriliblər.

Yerli hüquq-mühafizə orqanları partlayışın terror aktı olduğunu bildirərək, hadisəni törədənlər haqqında məlumat müqabilində 80 min dollar mükafat veriləcəyini elan edib.

1news.az

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər