“Taliban” Əfqanıstanda BBC-nin yayımını qadağan etdi | 1news.az | Xəbərlər
Dünya

“Taliban” Əfqanıstanda BBC-nin yayımını qadağan etdi

17:30 - 29 / 03 / 2022
“Taliban” Əfqanıstanda BBC-nin yayımını qadağan etdi

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatının yaratdığı Əfqanıstan hökuməti Britaniyanın BBC korporasiyasının ölkədə yayımını qadağan edib.

1news.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, BBC-nin yerli ofisi təsdiq edib ki, şirkətin Əfqanıstanda puştu, fars və özbək dillərində yayımlanan bütün televiziya proqramları dayandırılıb.

Qeyd edək ki, ötən ilin sentyabrın 6-da "Taliban" bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu, ertəsi gün isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.

1news.az

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər