Koloradoda 20 min insan təxliyə edilib | 1news.az | Xəbərlər
Dünya

Koloradoda 20 min insan təxliyə edilib

12:05 - 28 / 03 / 2022
Koloradoda 20 min insan təxliyə edilib

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.

1news.az xəbər verir ki, yanğın şəhərin cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə böyüyüb. Hazırda yanğının müvafiq təyyarələrin də iştirakı ilə yaşayış yerlərinə yaxınlaşmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər