Qarabağdakı yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qarabağdakı yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb

13:09 - 29 / 03 / 2022
Qarabağdakı yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 16 yol layihəsi yerinə yetirilir və rayondaxili yolların tikintisi həyata keçirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib. Onun sözlərinə görə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ərazilərində 780 km daxili yolların tikintisinə vəsait ayrılıb və bu sahədə də işlər hazırda aparılır.

S. Məmmədov qeyd edib ki, Göygöl-Toğanalı-Kəlbəcər yolunda olacaq 11,6 kilometrlik tunelin tikintisi çərçivəsində 25% işlər artıq yerinə yetirilib. Bu tunelin tikintisinin başa çatdırılması 2024-cü ilin sonunadək nəzərdə tutulub.

Bundan əlavə, S. Məmmədovun sözlərinə görə, 6-4 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi çərçivəsində işlərin 70%-i yerinə yetirilib. Yolun tikintisi 2023-cü ilin sonunadək bitəcəyi gözlənilir.

Bundan başqa, sədrin sözlərinə görə, Zəngəzur dəhlizində yol infrastrukturu yaradılır, bu ilin sentyabr ayının sonuna qədər Zəngilan hava limanının tikintisinin bitməsinə uyğun olaraq Zəngəzur dəhlizi yolunun bir hissəsinin asfaltlanması nəzərdə tutulub. Xudafərin-Laçın-Qubadlı avtomobil yolunda da işlərin 40%-i yerinə yetirilib.

"Bu ilin sonuna Bərdə-Ağdam avtomobil yolunun tikintisi başa çatdırmaq və istismara vermək fikrindəyik. İşğaldan azad edilmiş ərazilərin bütün yol infrastrukturlarında işlər gedir, həm 2023-cü ilin, həm də 2024-cü ilin sonuna qədər işlərin yerinə yetirilməsi nəzərdə tutulub və başa çatdırılacaq", - S. Məmmədov yekunlaşdırıb.

1news.az

Paylaş:
296

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər