Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb - FOTO

09:21 - 29 / 03 / 2022
Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb - FOTO

Meksikanın Morelos ştatında "Beechcraft King Air 90" təyyarəsi qəzaya uğrayaraq supermarketə çırpılıb.

1news.az xəbər verir ki, təyyarə supermarketin divarını dağıdıb və demək olar ki, alış-veriş edilən əraziyə düşüb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlar xəstəxanalara aparılıb. Qəzanın səbəbləri ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər