Ukraynanın Su-24 təyyarəsi Belarus sərhədi yaxınlığında vurulub | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın Su-24 təyyarəsi Belarus sərhədi yaxınlığında vurulub

14:42 - 30 / 03 / 2022
Ukraynanın Su-24 təyyarəsi Belarus sərhədi yaxınlığında vurulub

Rusiya hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24-ü Belarus sərhədi yaxınlığında vurub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rovno vilayətinin Tümen bölgəsində, Ukrayna-Belarus sərhədi yaxınlığında, hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsi vurulub", - deyə Konaşenkov vurğulayıb.

1news.az

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər