Futbol üzrə Ermənistan yığması biabırçı hesabla məğlub oldu
Futbol üzrə Norveç yığması Ermənistan yığması ilə Osloda keçirilən yoldaşlıq görüşündə 9:0 hesabı ilə qələbə qazanıb.
1news.az-ın məlumatına görə, oyunda qollardan üçünü Coşua Kinq (28-ci dəqiqə, penalti, 33, 59), ikisini Erlinq Holand (24, 45+1), ikisini Aleksandr Serlot (86, 90+1), birini Kristian Torstvedt (30), birini isə Mats Deli (80) vurublar.
Ermənistan komandası üçün bu məğlubiyyət tarixinin ən böyük hesablı məğlubiyyəti olub. Bundan əvvəlki ən böyük hesablı məğlubiyyət 2019-cu ilin noyabrında İtaliya ilə oyunda qeydə alınan 1-9 hesablı məğlubiyyət hesab olunurdu.
687