Nikolayevə raket zərbəsi endirildi: 12 ölü, 34 yaralı | 1news.az | Xəbərlər
Dünya

Nikolayevə raket zərbəsi endirildi: 12 ölü, 34 yaralı

09:42 - 30 / 03 / 2022
Nikolayevə raket zərbəsi endirildi: 12 ölü, 34 yaralı

Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

1news.az "report"-a istinadən bildirir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqramda məlumat verib.

O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir. "Hələlik: 34 yaralı, 12 ölü", - Kim yazıb.

Hücum dünən baş verib. İlkin məlumatlara görə, hadisə zamanı binada xeyli az adam olub. Qeyd edilir ki, zərbə zamanı binada xeyli sayda insan olub, onlardan 100 nəfər "möcüzə" nəticəsində sağ qalıblar.

1news.az

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər