XİN başçısı: Polşa şirkətləri azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

XİN başçısı: Polşa şirkətləri azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlıdır

Qafar Ağayev14:45 - 31 / 03 / 2022
XİN başçısı: Polşa şirkətləri azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlıdır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətləri iştirak etməkdə maraqlıdır.

Trend xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau martın 31-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğulayıb.

Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirib.

Paylaş:
328

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər