Rəqabətə dair Milli Strateji Proqram hazırlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəqabətə dair Milli Strateji Proqram hazırlanıb

17:16 - 01 / 04 / 2022
Rəqabətə dair Milli Strateji Proqram hazırlanıb

“Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınması üzrə” Milli Strateji Proqram hazırlanıb.

1news.az xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda bildirilib.

İclasda “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınması üzrə” Milli Strateji Proqramının layihəsi müzakirə edilib.

Qeyd edək ki, müzakirədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və baş məsləhətçi Tural İsmayılov da iştirak edir.

1news.az

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər