“Azəriqaz”: Xankəndinin qaz infrastrukturu yenidən qurulacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəriqaz”: Xankəndinin qaz infrastrukturu yenidən qurulacaq

14:01 - 01 / 04 / 2022
“Azəriqaz”: Xankəndinin qaz infrastrukturu yenidən qurulacaq

“Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi zonasına daxil olan ərazilər ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılıb, infrastruktur yaradılıb”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğal dövründə bu kommunikasiyaların böyük qismi ermənilər tərəfindən dağıdılıb, viran qoyulub.

T. Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xəttində “Azəriqaz” tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb: “Həmin ərazilər Azərbaycanın suveren ərazisidir və orada nə işlər görülürsə, yalnız Azərbaycan tərəfindən görülə bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün o ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada müasir tələblərə cavab verməli və tam şəkildə yenidən qurulmalıdır. O cümlədən Xankəndi şəhərinin qaz təchizatı sisteminin də yenidən qurulması nəzərdə tutulur. Həmin ərazilərdə qurulacaq infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana biləcəklər”.

1news.az

Paylaş:
280

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər