İtaliya-Azərbaycan Universitetinin təməli qoyulacaq | 1news.az | Xəbərlər
Siyasət

İtaliya-Azərbaycan Universitetinin təməli qoyulacaq

S.Xankişiyeva13:27 - 02 / 04 / 2022
İtaliya-Azərbaycan Universitetinin təməli qoyulacaq

“İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə dair müəyyən müddətdir hazırlıq işləri aparılırdı”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İtaliya tərəfindən 5 aparıcı universitetdən ibarət olan qrup bu prosesdə sıx iştirak edirdi. Bu gün yeni İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək: "Bu, yüksək ixtisaslı kadrların hazırlanması deməkdir. Daha geniş məfhumda isə insanların bir-biri ilə sıx əlaqəsinə təkan verən önəmli layihə kimi dəyərləndirilməlidir".

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər