Sahibə Qafarova Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub – FOTO

S.Xankişiyeva17:48 - 02 / 04 / 2022
Sahibə Qafarova Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 2-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, nümayəndə heyətinin üzvləri gül dəstələri düzüblər.

Mərkəzin rəhbəri Samir Abbasov nümayəndə heyətinə məlumat verib ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı istifadəyə verilib.

Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək dostluq muzeyləri fəaliyyət göstərir.

Azərbaycanın parlament nümayəndə heyətinin üzvləri Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Ulu Öndər haqqında fikirləri, həmçinin respublikamızın tarixin müxtəlif dövrlərinə aid xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə məlumatlar, Azərbaycanla Özbəkistan arasında qədim tarixi və mədəni əlaqələrdən, bu gün inkişaf edən münasibətlərimizdən bəhs edən eksponatlar ilə tanış olublar.

Paylaş:
493

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər