İpoteka ilə ev almaq istəyənlərin diqqətinə - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İpoteka ilə ev almaq istəyənlərin diqqətinə - VİDEO

16:41 - 04 / 04 / 2022
İpoteka ilə ev almaq istəyənlərin diqqətinə - VİDEO

Paytaxt sakini Zaur Cabbarov aldadıldığını iddia edir. O bildirir ki, ipoteka krediti ilə ev almaq istəyib, ancaq ona bu işdə vasitəçilik edən əmlak şirkəti tərəfindən aldadılıb. O, indi nə ipoteka krediti ilə ev ala bilir, nə də şirkətə xidmət müqabilində ödədiyi 2500 manatı.

1news.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ipoteka krediti ilə ev almaq istəyən şəxs əmlak şirkəti tərəfindən aldadıldığını iddia edir. Paytaxt sakini Zaur Cabbarov bildirir ki, 2021-ci ilin yanvarında ipoteka krediti ilə ev almaq istəyib və vasitəçi əmlak şirkəti axtarmağa başlayıb.

Zaur Cabbarov müqaviləyə əsasən, ümumilikdə şirkətə 2500 manat xidməthaqqı ödəyib. O bildirir ki, ipoteka fondu kredit ayrılması üçün onu banka yönləndirib. Ancaq bank imtina verib və nəticədə o, ipoteka ilə ev ala bilməyib. Müsahibimiz deyir ki, müqaviləyə görə, əmlak şirkəti iş alınmayacağı təqdirdə aldığı 2500 manatı geri qaytarmalı idi.

Zaur Cabbarov məsələ ilə bağlı polisə də müraciət edib. Ancaq bunun hələlik bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı adı hallandırılan "Saray Əmlak'' şirkətinin direktoru İlqar Babayev hazırda Türkiyədə olduğundan atası Azər Babayevin açıqlama verəcəyini bildirdi. Azər Babayev dedi ki, bağlanmış müqaviləyə uyğun olaraq Zaur Cabbarova xidmət göstərilib və sənədləri ipoteka fonduna göndərilib. İpoteka Fondu da həmin şəxsə pul ayırıb. Ancaq Zaur Cabbarovun bankla problemi olduğu üçün ona kreditin verilməsindən iki bank imtina edib. Vəsiaitin qaytarılmasına gəldikdə isə bildirildi ki, Zaur Cabbarov məhkəməyə müraciət etsin. Əgər məhkəmə qərar verərsə, pulu ona qaytarılacaq.

1news.az

Paylaş:
290

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər