Həbsxanada toqquşmalar nəticəsində 11 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Həbsxanada toqquşmalar nəticəsində 11 nəfər ölüb

17:48 - 04 / 04 / 2022
Həbsxanada toqquşmalar nəticəsində 11 nəfər ölüb

Ekvadorun Kuenka şəhərində yerləşən həbsxanada məhbuslar arasında toqquşmalar baş verib.

1news.az xəbər verir ki, toqquşmalar nəticəsində 11 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, toqquşmalara səbəb müxtəlif cinayətkar qrupların arasında rəqabət ola bilər.

Eyni zamanda, toqquşmalar zamanı 52 məhbusun həbsxanadan qaçdığı bildirilir.

1news.az

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər