Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib

S.Xankişiyeva16:27 - 05 / 04 / 2022
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər