Spiker: “Sülh təklif edən Azərbaycandır, Ermənistan yox”
"Erməni tərəfinin təqdim etməsindən elə görünür ki, guya bunlar bizə müqavilə təklif edirlər".
1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, sülh təklif edən Ermənistan yox, Azərbaycandır. "İclasda vəziyyət belədir ki, 200 nəfər zalda oturur, 150 nəfər kənarda onu izləyir. Buna cavab verməmək mümkün deyil. Ona görə mən xüsusi vurğuladım ki, sülh təklif edən bizik. 5 təklifi biz göndərmişik. Ermənilər həmişəki kimi ictimaiyyəti yanıltmağa çalışırlar".
301