Deputat: “Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti uğuru kimi dəyərləndirilməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti uğuru kimi dəyərləndirilməlidir”

Qafar Ağayev11:00 - 07 / 04 / 2022
Deputat: “Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti uğuru kimi dəyərləndirilməlidir”

Ötən gün Belçikanın paytaxtı Brüsseldə əvvəl Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında, daha sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezideti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

Bəs bu keçilən üçtərəfli görüşün əhəmiyyəti nələrdən ibarətdir? Keçirilən görüşdə gözlənilən nəticə alına bilərmi?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, bu, Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə baş tutan ikinci görüş idi.

“Bu görüşdə əsas hədəf tərəflər arasında sülh anlaşmasının imzalanmasına nail olmaq və digər əsas baza prinsipləri əsasında razılığın əldə olunması idi. Görüşdən sonra verilmiş bəyanatdan açıq-aşkar görünür ki, görüş çox məhsuldar olub və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsi üçün ilkin razılıq əldə edilib. Sərhədlərin tanınması, sərhədboyu təhlükəsizlik xəttinin formalaşdırılması üçün işçi qrupun yaradılması qərarı verilib. Bu proses xarici işlər nazirləri səviyyəsində həyata keçiriləcək. Həmçinin görüş zamanı tərəflər arasında kommunikasiyanın açılması da müzakirə olunub”.

“Düşünürəm ki, Brüsseldə baş tutan bu görüş Azərbaycan diplomatiyasının və cənab Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilməlidir” – deyə, deputat əlavə edib:

“Çünki görüşdən öncə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və Azərbaycan tərəfinin əsas götürdüyü 5 bəndlik baza prinsipi demək olar ki, əsas müzakirə obyekti olub. Bizim də istədiymiz kimi sülh danışıqlarının baş tutması üçün vacib addım atılıb. Burada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də səylərini və prosesə verdiyi töhfəni də düzgün, lazımi formada dəyərləndirmək lazımdır. İstənilən halda regionda sülhün əldə olunması bütün tərəflərin xeyrinədir. Ən əsası isə, Azərbaycanın qalib ölkə kimi daha çox şərtlər və tələblər irəli sürmədən regionda sülhü dəstəkləməsi həm Avropa İttifaqının, həmçinin qərb institutlarının dəstəklədiyi bir yanaşmadır. Bu da onu göstərir ki, Azərbaycan həmişə sülhün və beynəlxalq hüququnda tərəfdarı olub və bu gün də Azərbaycam regionda uzunmüddətli sülhü dəstəkləyir. Azərbaycanın ən əsas istəyi sərhədlərin tanınması, kommunikasiyaların açılması və regionda uzunmüddətli sülhmə nail olmaqdır”.

Paylaş:
335

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər