Rəşad Nəbiyev Pakistanın “BOL Media Group” şirkətinin sədri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəşad Nəbiyev Pakistanın “BOL Media Group” şirkətinin sədri ilə görüşüb – FOTO

S.Xankişiyeva16:34 - 09 / 04 / 2022
Rəşad Nəbiyev Pakistanın “BOL Media Group” şirkətinin sədri ilə görüşüb – FOTO

Bu gün Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tanınmış pakistanlı xeyriyyəçi, “BOL Media Group” şirkətinin sədri Ayeşa Şayx arasında görüş keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, görüş zamanı xanım Şayx rəhbərlik etdiyi “BOL Media Group”un fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, “BOL Media Group” 16 dildə yayım həyata keçirən 680-dən çox kanalın daxil olduğu şirkətlər qrupudur və 50 milyondan çox izləyicisi var. Bununla yanaşı, şirkət İKT sektorunda da fəaliyyət göstərir. “BOL Media Group” hazırda Pakistanın İT ixracının artırılması üçün yeni treninq mərkəzinin və iş platformasının yaradılması istiqamətində işlər görür.

Nazir Rəşad Nəbiyev rəqəmsal transformasiyanın Azərbaycan Hökumətinin gündəliyində vacib yer tutduğunu qeyd edib və hazırda bu sahədə görülən işlər, eləcə də perspektiv planlar barədə pakistanlı qonağa ətraflı məlumat verib.

Daha sonra iki ölkə arasında İKT sektorunda əməkdaşlıq imkanlarına, o cümlədən azərbaycanlı mütəxəssislər üçün Pakistanda təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
366

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər