Koronavirusa yeni yoluxanların sayı açıqlandı - STATİSTİKA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Koronavirusa yeni yoluxanların sayı açıqlandı - STATİSTİKA

16:46 - 11 / 04 / 2022
Koronavirusa yeni yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 253 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.

Ölkədə son sutka ərzində 2 624, hazırkı dövrədək isə 6 746 085 test aparılıb.

Qeyd edək ki, Operativ Qərargahın gündəlik açıqladığı statistikaya əsasən, 8, 9 və 10 aprel tarixləri üzrə də ölkədə koronavirusdan ölüm qeyd alınmayıb.

1news.az

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər