Fransada prezident seçkilərinin ikinci turunun vaxtı məlum olub | 1news.az | Xəbərlər
Dünya

Fransada prezident seçkilərinin ikinci turunun vaxtı məlum olub

09:21 - 11 / 04 / 2022
Fransada prezident seçkilərinin ikinci turunun vaxtı məlum olub

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

1news.az APA-ya istinadən bildirir ki, növbəti turda 2 namizəd - hazırki prezident Emmanuel Makron və ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen mübarizə aparacaq.

Fransada 5-ci Respublikanın (1958) tarixində ikinci, son 40 ildə isə birinci dəfə dövlət başçısı ikinci turda müəyyənləşir.

"Figaro"nun xəbərinə görə, rəy sorğuları növbəti turda Makronun 51-54%, Le Penin isə 46-49% səs toplayacağını deməyə əsas verir.

1news.az

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər