Ukraynadakı müharibə qlobal ərzaq qıtlığı yarada bilər | 1news.az | Xəbərlər
Dünya

Ukraynadakı müharibə qlobal ərzaq qıtlığı yarada bilər

09:53 - 12 / 04 / 2022
Ukraynadakı müharibə qlobal ərzaq qıtlığı yarada bilər

Ukraynadakı hazırkı münaqişə dünyanın ərzaq təhlükəsinə səbəb ola bilər.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. Vaşinqtonda ABŞ və Hindistanın müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri arasında "2+2" formatında ikitərəfli danışıqların yekunları üzrə mətbuat konfransında bildirilib ki, iki ölkə dünya bazarında ərzaq tədarükünü artırmağa çalışır.

ABŞ diplomatiyasının rəhbəri ölkəsinin Ukrayna hökumətinə və xalqına dəstəyini artırmağa davam edəcəyini və digər ölkələri də eyni addımı atmağa təşviq edəcəyini bildirib.

"Rusiyanın hərəkətləri təkcə Avropa və Ukraynaya deyil, bütün dünyaya ciddi təsir göstərir. Məsələn, onlar ərzaq təhlükəsizliyinə və qiymətlərin artmasına səbəb olur", - deyə Blinken bildirib.
Onun sözlərinə görə, hazırda döyüşlər Ukraynadan taxıl tədarükünə maneə yaradır.

1news.az

Paylaş:
332

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər