Zakir Həsənov Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb - FOTO

S.Xankişiyeva11:11 - 12 / 04 / 2022
Zakir Həsənov Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb - FOTO

Aprelin 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.

R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər