Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edildi

Qafar Ağayev11:44 - 12 / 04 / 2022
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

1news.az xəbər verir ki, məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, komitənin ötən gün keçirilən iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.

“Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməklə, eyni zamanda Mərkəzi Bankın sədri vəzifəsindən azad ediləcək".

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər