Litva, Latviya və Polşa prezidentləri Kiyevə yola düşüblər | 1news.az | Xəbərlər
Dünya

Litva, Latviya və Polşa prezidentləri Kiyevə yola düşüblər

11:16 - 13 / 04 / 2022
Litva, Latviya və Polşa prezidentləri Kiyevə yola düşüblər

Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits və Polşa prezidenti Andjey Duda Kiyevə yola düşüblər.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Litva prezidenti "Twitter"də bildirib.

"Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək", - Qitanas Nauseda bildirib.

1news.az

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər