Rusiya XİN: Erməni deputatların Qarabağa səfəri sülhməramlılarla razılaşdırılmayıb | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN: Erməni deputatların Qarabağa səfəri sülhməramlılarla razılaşdırılmayıb

Qafar Ağayev17:51 - 14 / 04 / 2022
Rusiya XİN: Erməni deputatların Qarabağa səfəri sülhməramlılarla razılaşdırılmayıb

Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Qeyd olunan səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Hesab edirik ki, rusiyalı sülhməramlıların 2020-ci il 9 noyabr bəyanatının şərtlərinə zidd hərəkət etməsi barədə verilən açıqlama həqiqətə uyğun deyil. Ümid edirik ki, istər Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında, istərsə də Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəf regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcək”, - Zaxarova Ermənistan parlamentinin deputatlarının Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissələrinə buraxılmamasına dair sualı cavablandırarkən deyib.

Paylaş:
335

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər