Azərbaycan və Fələstin arasında münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Fələstin arasında münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

S.Xankişiyeva16:35 - 15 / 04 / 2022
Azərbaycan və Fələstin arasında münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tədbirdə XİN-in rəhbər heyəti, Fələstinin Azərbaycandakı səfiri, habelə səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının rəhbər şəxsləri iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev 15 aprel 1992-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar bir hadisə olduğunu qeyd edib. O, Fələstinin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onunla diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasının dostluq və həmrəylik nümunəsi sərgilədiyini bildirib. Azərbaycanın Fələstin ilə münasibətlərə önəm verdiyini qeyd edən F. Rzayev, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Nazir müavini, möhkəm həmrəyliyə əsaslanan Azərbaycan-Fələstin münasibətlərinin bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə uğurla inkişaf edəcəyinə dair inam ifadə edib.

Daha sonra çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim mədəni və dini dəyərlərlər bir-birinə bağlı olan Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə təbriklərini çatdırıb. Səfir, bu illər ərzində iki ölkə arasında münasibətlərin həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Fələstinin Azərbaycanın suverenlik və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb. Nəssir Əbdül Kərim Əbdül Rəhim, Azərbaycan və Fələstinin ikitərəfli format ilə yanaşı, həm də bir sıra beynəlxalq təşkilatlar o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla qeyd edib. Səfir, hər iki dövlətə və xalqa sülh, əmin-amanlıq, rifah arzulayıb və müqəddəs Ramazan ayı münasibətilə xoş arzularını səsləndirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Paylaş:
357

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər