Milli Məclisin iki parlamentlərarası işçi qrupuna rəhbər seçildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin parlamentlərarası iki işçi qrupuna yeni rəhbər seçilib.
1news.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Qərarda dəyişiklik müzakirə olunub.
Dəyişikliyə əsasən, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb. Sənəd səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, indiyədək Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi.