Putinlə Paşinyanın görüşü nəyə hesablanıb? – Deputatdan ŞƏRH
“Paşinyan – Putin görüşməsində Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əld edildi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat deyib ki, bunların içərisindən önə çıxan məsələr iki ölkənin xarici siyasət məslələrində məsləhətləşmələr aparmasının zəririliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. oldu.
“Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izin verməməklə bağlı öhdəlik götürməsi oldu. Xüsusilə bu kontekstdə informasiya və bioloji təhlükəsizlik məsələləri aktuallaşdırıldı. İkitərəfli münasibətlər baxımından bu razılaşmaların sadə izahı ondan ibarətdir ki, bundan sonra xarici siyasət məsələlərində Ermənistan Rusiya ilə məsləhətləşmələr aparmadan müstəqil qərarlar qəbul etməkdən ya çəkinməli ya da mütləq Rusiyanın da maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir. İkinci xüsusi diqqət çəkən məqam isə odur ki, üçüncü tərəf yəni tutaq ki, hər hansı bir Qərb ölkəsi Ukraynada olduğu kimi Ermənistan ərazisində bioloji laborotoriyalar yaxud digər bənzər vasitələr yaradaraq Rusiyanı təhdid edə bilməz. Bu zərurət görünür Paşinyanın bu vaxta qədər Rusiya ilə münasibətlərdə etimad mühiti yarada bilməməsi ilə əlaqədardır ki, Rusiya bunu artıq hüquqi öhdəliklə Paşinyanın üzərinə qoymuş olur. Regional tərəfdaşlıq məsələlərində isə Rusiya yenə Ermənistan-Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsini, 3+3 formatında əməkdaşlığın gücləndirilməsini və kommunikasiyaların açılmasının zəruriliyini önə çəkib”.
“Belə bir zərurət onunla izah edilməlidir ki, hazırki mürəkkəb şəraitdə Rusiya özünün cənub sərhədlərindən arxayın olmaq istəyir” – deyə, deputat əlavə edib:
“Eyni zamanda Şimaldan və Qərbdən faktiki təcrid vəziyyətinə düşən Rusiya istər ticari istərsə də kommunikasiya əlaqələrini cənub dəhlizi ilə kompensasiya etməyə çalışır. Yəni Rusiya özünün enerji və iqtisadi vektorunu Cənuba və Şərqə doğru kordinal şəkildə dəyişir. Elə bur dəyişiklik də Rusiya-Türkiyə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qalxmasını zəruri edir. Ona görə də Putin Türkiyə- Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirir. Bütün bunlar isə Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində olduqca aktualdır. Rusiya bu regionda Azərbaycan-Türkiyə tandeminin yaratdığı yeni geostrateji konfiqurasiyanın üzünmüddətli perespektivdə həlledici olacağını bildiyi üçün bu reallığın əsas aktorlarından biri kimi də özünü görür. Qərbin isə bu reallıqda iştirakçılığını Rusiyanın təhlükəsizliyinə təhdid hesab edir. Düşünür ki, ənənəvi olaraq Rusiya və Türkiyə arasında bəzən əməkdaşlıq bəzənsə rəqabət məkanına çevrilən Cənubi Qafqaza üçüncü tərəfin müdaxilə cəhdl məqbul hesab edilə bilməz. Ona görə də Paşinyanın Qərblə və Soros insttutları ilə yaxınlaşma cəhdlərinə qarşı daima tədbirlər almağa çalışır. Elə Paşinyanın Moskva səfəri öncəsi İrəvanda baş tutan mitinqlər də, Moskvada yuxarıda bəhs etdiyimiz razılaşmaların əldə edilməsi də Paşinyanın Qərblə Rusiya arasında manipuliyasiya etmək imkanlarını məhdudlaşdırmağa, Ermənistanın Rusiyanın siyasi orbitində qalmasına hesablanıb”.