Şuşada keçirilən qurultayın əhəmiyyəti – Ermənistan hansı nəticəni çıxarmalıdır? – Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Şuşada keçirilən qurultayın əhəmiyyəti – Ermənistan hansı nəticəni çıxarmalıdır? – Deputatdan ŞƏRH

Qafar Ağayev17:36 - 22 / 04 / 2022
Şuşada keçirilən qurultayın əhəmiyyəti – Ermənistan hansı nəticəni çıxarmalıdır? – Deputatdan ŞƏRH

Bu gün - aprelin 22-də Azərbaycanın Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.

Bəs bu qurultayın Şuşada keçirilməsinin əhəmiyyəti nələrdən ibarətdir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, bu qurultayın Şuşada keçirilməsi əlamətdar bir hadisə olmaqla yanaşı həm də təbiidir.

Cavanşir Feyziyev

“Son 30 il ərzində bütün Azərbaycan xalqı ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da torpaqlarımızın işğaldan azad olunması üçün öz töhfələrini veriblər. Diaspor təşkilatlarımız davamlı olaraq yaşadıqları ölkələrdə müxtəlif tədbirlər təşkil edib, Azərbaycan həqiqətlərini həmin ölkələrin ictimaiyyətinə və siyasi dairələrinə çatdırmaq istiqamətində geniş fəaliyyət aparıblar. Hər il Xocalı soyqırımının ildönümü və eləcə də digər rayonlarımızın işğalının ildönümü ilə bağlı tədbirlər keçiriblər, yerli hakimiyyət orqanlarına müraciətlər ediblər, hansısa ölkədə Azərbaycanın maraqları əleyhinə hər hansı bir addım atıldıqda etirazlarını bildiriblər. Onlar da bizim kimi, 30 il Qarabağın azad olunması arzusu ilə yaşayıblar. İndi torpaqlarımız azad olunduqdan sonra diaspor üzvlərimizin də Şuşaya səfər etməsi və növbəti qurultaylarını da məhz Şuşada keçirməsi onların haqqıdır və əminəm ki, onlar bununla qürur duyurlar. Bu məsələnin mənəvi tərəfidir. Digər tərəfdən, diaspor üzvləri azad olunmuş torpaqlarda işğalın nəticələrini öz gözləri ilə görəcək və yaşadıqları ölkəyə qayıtdıqdan sonra bölgədəki real vəziyyət haqqında, xüsusilə erməni vandalizmi haqqında danışmaq üçün kifayət qədər məlumat əldə etmiş olacaqlar. Münaqişə başa çatsa da, informasiya cəbhəsində erməni təxribatları hələ də davam etməkdədir. Bu baxımdan bizim diaspor üzvlərimiz də bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər”.

Eyni zamanda Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. İşğaldan azad olunan torpaqlarımızda beynəlxalq tədbirlərin keçirilməsi, yenidənqurma işlərinin sürətlə davam etdirilməsi Azərbaycana nələr qazandıracaq? – Sualına cavab verən deputat deyib ki, 2023-cü ildə Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması öz-özlüyündə böyük bir siyasi hadisədir.

“Bu bütün türk dövlətlərinin beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq dəstəklədiyinin göstəricisidr. 2023-cü il ərzində bu münasibətlə Şuşa şəhərində keçiriləcək tədbirlərə bütün türk ölkələrindən saysız-hesabsız qonaqlar gələcək, bu tədbirlərdə fəal iştirak edəcəklər. Bütün bunlar indidən Şuşada aparılan bərpa-yenidənqurma işlərinin daha sürətli aparılmasına rəvac verir. Beynəlxalq tədbirlərin Şuşada keçirilməsi bir tərəfdən, hər bir vətəndaş üçün Vətən müharibəsində əldə etdiyimiz qələbənin qürur və iftixarıdır. Digər tərəfdən isə bu müharibənin nəticələrinin beynəlxalq səviyyədə tanınması və qəbul edilməsidir”.

Bütün bunların fonunda Ermənistan hansı nəticələri çıxarmalıdır? – sualına cavab verən C.Feyziyev bildirib ki, onun fikrincə Ermənistan artıq nəticə çıxarıb.

“O nəticə bundan ibarətdir ki, müstəqilliyini elan etdikdən sonra keçən 30 il Ermənistan üçün itirilmiş illərdir. Keçən 30 il ərzində ərazisinin 20 %-nin işğal altında qalmasına baxmayaraq Azərbaycan yeni dövlət və cəmiyyət quruculuğu sahəsində böyük nailiyyətlər əldə etdi. Əhalinin yaşayış səviyyəsini dəfələrlə yüksəltməyə nail oldu və sonda öz torpaqlarını da işğaldan azad etdi. İşğal hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşənlər isə hal-hazırda böyük bir xəyal qırıqlığı yaşamağa məhkumdurlar. 30 il ərzində Ermənistan heç bir sahədə hər hansı bir uğur əldə edə bilmədi. Kütləvi işsizlik səbəbindən ölkədə depopulyasiya prosesi gedir, ölkə dünya iqtisadi sistemindən təcrid vəziyyətindədir, iqtisadiyyat çöküb, əhalinin sosial vəziyyəti dünyada ən aşağı səviyyələrdən birindədir, üstəlik 2020-ci ilin Vətən müharibəsində hərbi potensialı da məhv edilib. Beləliklə, uzun müddət apardıqları işğalçılıq siyasəti çıxılmaz bir dalana dirənib. Bütün bu itkiləri bərpa etmək üçün Ermənistana ən azı bir neçə onillik lazımdır. Zənnimcə, Ermənistan siyasətçiləri artıq başa düşməlidirlər ki, özgə torpaqlarına göz dikmək və qonşu dövlətlərə qarşı düşmənçilik siyasəti yeritmək, bölgədə pozuculuq fəaliyyəti həyata keçirmək onları bir xalq və dövlət kimi məhvə aparır. Bütün bunları dərk edərək, ermənilər məskunlaşdıqları və yaşadıqları ərazilərdə yerli xalqlarla sivil qaydalar əsasında dinc- yanaşı yaşamağı öyrənməlidirlər. Bölgəmizdə onların gələcək taleyi də bundan asılıdır”.

Paylaş:
410

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər